Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına görə cərimələr açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:
– istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan addan fərqli ad verilməsinə;
– istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;
– lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;
– seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;
– dövlət reyestrində, ərizədə, ekspertiza və ya sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.