Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener bildirib.
O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.
Nəticələrə əsasən, prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.