Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən  maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə cəzalar müəyyənləşib.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən  maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.