İlkin məlumata görə sertifikatlaşdırmada iştirak üçün 33315 müəllimin məlumatı sistemə daxil edilib.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, mayın 18-də həmin müəllimlərin şəxsi kabinetlərinə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı məlumatlar göndəriləcək:

“Onların 5290 nəfəri 60 yaşdan yuxarı müəllimlərdir. Qanun qəbul edilsə, həmin müəllimlər prosesdə könüllü iştirak edəcəklər. Digər dəyişiklik isə ondan ibarətdir ki, ilk dəfə işə qəbul olan müəllimlər 5 ildən bir deyil, 3 ildən bir sertifikatlaşdırmaya cəlb olunacaqlar. Qanun qəbul edilsə, həmin müəllimlər də sertifikatlaşdırmaya cəlb ediləcək. Keçən il sertifikatlaşdırmadan kəsilən 2803 müəllim də sertifikadiyada iştirak edəcək. Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətindən 17 000 nəfərin sertifikatlaşdırmaya cəlb olunması əsas hədəflərdəndir”.