Təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” qanuna əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə yüksək məbləğdə cərimələr var.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” qanuna əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.