Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmamışdırsa iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bunu Heftelik.az-a vəkil Elməddin Məhərrəmov bildirib.

Bu, Cinayət Məcəlləsinin 253.2-ci maddəsində əksini tapıb.