“Ali təhsil sistemi biz istəsək də, istəməsək də dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır”.
Heftelik.az-ın məlumatına görə, bunu “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.
İdris İsayev deyib ki, ali təhsil sistemində konservativ və klassik yanaşmalardan bəzi hallarda uzaqlaşmaq lazımdır:
“Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər”.