“Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır”.
Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib.
O bildirib ki, əsasən vətəndaşların problemi sərhədlə bağlı olur:
“Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik. Bir daha vətəndaşlara müraciət edirəm ki, təhsil müddətində həmin ölkədə olsunlar. Universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etsinlər. Hazırda bildiyiniz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar orada təhsil almaq çox risklidir”.