Məşhur türk müğənninin konserti təxirə salınıb.
Heftelik.az xəbər verir ki, türkiyəli məşhur müğənni İbrahim Tatlısesin (İbrahim Tatlı) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.
Təşkilatçı konsertin ləğv olunmadığını deyib:
“Konsert ləğv olunmayıb. Sadəcə keçirilmə vaxtı dəyişdirilib. Digər bir vaxta keçirilib. Sırf texniki səbəblərə görə, konsert oktyabr ayının 21-də keçiriləcək. Yəni texniki səbəblərə görə, yalnız tarixi dəyişdirilib. Biletlər artıq satışdadır”.