Türkiyə prezident seçkilərində “Millət İttifaqı”nın namizədi, müxalif CHP partiyasının sədri Kamal Kılıçdaroğlu sabah “ATA İttifaqı”nın namizədi olmuş Sinan Oğanla görüşəcək.
Heftelik.az xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Sinan Oğan 14 mayda baş tutan seçkilərin birinci turunda 5,17% səs toplayıb.
Xatırladaq ki, prezident seçkilərinin II turu mayın 28-də keçiriləcək.