Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Tural Əzizovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tural Əzizovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Əzizov Tural Həsən oğlu Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.