Beynəlxalq daşımalar həyata keçirən şəxs tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinin daşınmasına görə cərimələr məlim olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, beynəlxalq daşımalar həyata keçirən şəxs tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinin daşınmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.