Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək.
Heftelik.az-ın məlumatına görə, Türkiyə Prezidenti bunu CNN-ə müsahibəsində bildirib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq.