Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;

– şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

– mütəşəkkil dəstə tərəfindən törədildikdə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin maliyyələşdirilməsi üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.