Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsinə görə tətbiq edilən cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.