Uçuş vaxtı hava gəmisində olan şəxsə zor tətbiq etmə, belə zorun tətbiqi hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda tətbiq edilən cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, uçuş vaxtı hava gəmisində olan şəxsə zor tətbiq etmə, belə zorun tətbiqi hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.