Bilə-bilə ədalətsiz HÖKM

22 May 2023, 18:00

Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmasına görə cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması

beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.