İddianın qiymətinin hansı qaydada müəyyən edildiyi açıqlanıb.
Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:
– pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;
– əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə;
– aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
– müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla;
– müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda—ödəmələrin 3 illik məcmusu ilə;
– ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə;
– ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə;
– əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda—müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə;
– fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə;
– bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə;
– tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda— barəsində mübahisə edilən məbləğlə;
– torpaq sahəsi tələbi barədəki iddialarda—torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə.