Uçuş vaxtı hava gəmisinə bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq məhv etmə, zədələmə və ya fəaliyyətinə müdaxilə etmə, uçuş vaxtı hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda tətbiq edilən cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, uçuş vaxtı hava gəmisinə bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq məhv etmə, zədələmə və ya fəaliyyətinə müdaxilə etmə, uçuş vaxtı hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.