Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə Mlüki Prosessual Məcəllədə nəzərdə tutulan müddətlər uzadılır.
Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, ekspertin həmin vəsatəti nəzərdə tutulan müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadını icra olunmadan geri qaytarmaq hüququna malikdir.