Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərinin törədilməsi olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, bu, Cinayət Məcəlləsinin 273-1.1-ci maddədə əksini tapıb.