hkama

Kimlərin şahid qismində dindirilə bilməyəcəyi açıqlanıb.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, aşağıdakılar şahid qismində dindirilə bilməzlər:

– azyaşlı olduğuna görə, fiziki və ya psixi pozuntuları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər; [132]

– vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər;

– ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə— hakim;

– dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri;

– peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—vəkillər;

– mediasiya zamanı məlum olan məlumatlar barədə – “Mediasiya haqqında” qanun ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.