Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

Ba. Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə, bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Naxçıvan hərbi prokuroru vəzifəsini icra edən Aqil Axundov həmin vəzifəyə təyin edilib.