ABŞ administrasiyası Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.
Heftelik.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsində dinləmədə bildirib.
Derek Hoqan qeyd edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində irəliləyiş var. “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün görüşüb. Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Bu görüşdə iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə”.
O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşdən danışarkən Hoqan qeyd edib ki, “işləri sona çatdırmaq üçün nə edilməli olduğuna diqqət yetiriləcək”.