FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi iləkeçirilən iclasda hökm oxunub.
Hökmə əsasən Zaur Mirzəyev verilmiş ittihamla təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilib.
Həmçinin Zaur Mirzəyevə qarşı zərərçəkmiş-videoda olan qadınlardan birinin mülki iddiası təmin edilib. Z. Mirzəyevdən 4 min manat tutularaq zərərçəkmişə veriləcək.
Xatırladaq ki, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Qeyd olunan əməllərə görə, Zaur Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.