Kimlərin məhkəmədə ifadə verməkdən imtina edə biləcəkləri açıqlanıb.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər:

– şəxs özünə qarşı;

– ər-arvad bir-birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı;

– qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba və nənələrinə qarşı;

– vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq onlara məlum olan məlumatlar üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları.

Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.