Məhkəmə cərimələri Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur.
Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.
Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. Cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir.