Şəki rayonunun Qudula kənd orta məktəbindən götürülmüş müvafiq nümunələrdən müsbət cavab alınanadək məktəbdə dərs keçirilməyəcək.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Heftelik.az-a verilən məlumata görə, məktəbdə dərmanlanma işlərini Elm və Təhsil Nazirliyi ilə imzalanmış müqavilə əsasında “Ecomedi” şirkəti həyata keçirib. Bildirilib ki, məktəbdən müvafiq nümunələr götürülüb və müsbət cavab gələnədək dərslər keçirilməyəcək.
“Keçirilməyən dərslər istirahət günlərində əvəzlənəcək”, – deyə təhsil idarəsində bildirilib.