Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir.
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə iki yüz əlli manat məbləğində cərimə edilir.