Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etməyə görə cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.