Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda tətbiq edilən cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.