Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Heftelik.az-ın məlumatına görə,  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Elmira Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, ötən gün Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən azad edilib.