Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən,
piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
– piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
– yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
– qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə-
iyirmi manat məbləğində cərimə edilir.