Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimə var.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir.

Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu  xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.