Bilə-bilə qanunsuz həbsə alma yolverilməzdir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, bilə-bilə qanunsuz həbsə alma dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bilə-bilə qanunsuz həbs yerində saxlama isə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.