Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, həmçinin reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, həmçinin reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə iki yüz manat məbləğində cərimə edilir.