Ödənilmiş dövlət rüsumunun hansı hallarda qaytarıldığı açıqlanıb.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:

–  qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;

–  Mlüki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;

– Mlüki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;

– Mlüki Prosessual Məcəllə  ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;

– Mlüki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;

– Mlüki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə.