Saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompyuter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər ilkin kompyuter məlumatlarının autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda tətbiq edilən cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompyuter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər ilkin kompyuter məlumatlarının autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.