Məhkəmə-Hüquq Şurasının sədri yalnız Şuranın hakim üzvləri sırasından seçiləcək.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının sədri onun tərkibindən şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddəti beş ildir. Hazırda Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.