Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

ADY-dən Heftelik.az-a verilən məlumata görə, göstərilən ilkin tibbi yardıma baxmayaraq Ruslan Sadıqovun həyatını xilas etmək mümkün olmayıb.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyir: “Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır. Hadisənin baş vermə səbəbləri araşdırılır”.