Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 98,6 faizi açılıb.

Heftelik.az-ın məlumatına görə, “Anadolu” agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.09%-nin (27,026,566), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.91%-nin (24,858,869) səsini qazanıb.

Qeyd edək ki, açılmayan 1,4 faiz seçki qutusu yekun nəticələrə ciddi təsir etməsi mümkün deyil.