Ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir.
Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar göstərilməlidir:
- məhkəmənin adı;
- ekspertizanın təyin edilməsi vaxtı;
- baxılan iş üzrə tərəflərin adı;
- ekspertizanın adı;
- təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar;
- ekspertiza qarşısında qoyulan suallar;
- ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı;
- ekspertə göndərilən materiallar;
- ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti.
Qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilməlidir.