İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.
Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mülki Prosessual Məcəlləyə əsasən, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır.
Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.