Maddi sübutlar məhkəmədə saxlanılır.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, məhkəməyə gətirilə bilməyən maddi sübutlar olduqları yerdə saxlanılır.

Onlar məhkəmə tərəfindən müayinə edilməli, müfəssəl təsvir olunmalı, möhürlənməli, zəruri hallarda foto və ya video lentə çəkilməlidir.

Maddi sübutların saxlanılması üçün xərclər tərəflər arasında bölüşdürülə bilər. Məhkəmə və sübutları saxlayan şəxs maddi sübutların dəyişməz vəziyyətdə qalması üçün tədbirlər görür.