Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb.
Heftelik.az TASS-a istinadən xəbər verir ki, bunu şəhərin meri Sergey Sobyanin deyib.
Yaralılara tibbi yardım göstərilib.
Merin sözlərinə görə, bir neçə PUA vurulub.
PUA hücumuna məruz qalan ərazilərdən sakinlərin təxliyəsi başlayıb. S.Sobyanin əhalini sakit olmağa, təşvişə düşməməyə çağırıb.
***
saat 09.39
Moskvada iki yaşayış binası dronla vurulub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dronlardan biri Profsoyuznaya küçəsində, digəri Yeni Moskvanın Atlasova küçəsində yerləşən yaşayış binasını hədəf alıb.
Fövqəladə Hallar Nazirliyini dron hücumu nəticəsində xəsarət alanların olmadığını açıqlayıb.
“Dron Profsoyuznaya küçəsi 98 ünvanında yerləşən yaşayış binasının yuxarı mərtəbələrinə düşüb. Evin fasadı və şüşələri dağılıb. Tələfat yoxdur”, – deyə Rusiya FHN-dən bildirilib.
Qeyd olunub ki, eyni hadisə Novomoskovsk inzibati rayonunun Atlasova küçəsindəki 24 mərtəbəli yaşayış binasında da baş verib.
“Üst mərtəbələrin fasadı və şüşələri dağılıb. Tələfat yoxdur”, – deyə FHN-dən verilən açıqlamada deyilir.
Moskva meri Sergey Sobyanin insanları yalnız rəsmi mənbələrə etibar etməyə və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, PUA-nın hücumu nəticəsində ciddi xəsarət alanların olmadığını vurğulayıb.
Mer əlavə edib ki, bütün fövqəladə hallar xidməti hadisələr baş verən yerdədir və iş müddətində iki evin bir neçə girişinin sakinləri təxliyə edilib.
Öz növbəsində, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hava hücumundan müdafiə qüvvələri regionda bir neçə PUA vurub. O, insanları sakitliyi qorumağa çağırıb.
***
saat 09.12
Moskvada pilotsuz uçuş aparatının hücumu nəticəsində bir neçə binaya ziyan vurub.
Heftelik.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Sergey Sobyanin qeyd edib ki, bu səhər PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib: “Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir”.