“Parlamentin beynəlxalq fəaliyyəti genişlənir, 100-dən çox Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupları fəaliyyət göstərir.

Heftelik.az-ın məlumatına görə,  bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, Azərbaycan-Lüksemburq Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər İsmayılov Şahin, Azərbaycan-Tailand Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər Rüfət Quliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər Kamran Bayramov olması təklif edilib.

Təklif müzakirələrdən sonra qəbul edilib.

Qeyd edək ki, Rüfət Quliyev bundan əvvəl Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

***

saat 11.20

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişib.

Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov seçilib

Qeyd edək ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev olub.