İyunun ayının 3-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda intensiv yağışlar gözlənilir.
Bunu Heftelik.az-a açıqlamasında Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib:
“İyun ayının 3-dək yağacaq intensiv yağışlarla yanaşı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var”.
Asif Verdiyev həmçinin sel keçməsi ehtimal olunan çayları da açıqlayıb:
“Əsasən Balakən, Şəki, Oğuz, Qəbələ, eyni zamanda Goranboy, Daşkəsən, Göygöl ərazisindən axan çaylardan qısamüddətli sel keçəcəyi gözlənilir”.