İşə baxılması ilə əlaqədar məsrəflər açıqlanıb.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

– şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

– yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər;

– tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər;

– tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri;

– nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər;

– vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;

– cavabdehin axtarılması ilə əlaqədar xərclər;

– qətnamənin icrası ilə əlaqədar xərclər;

– məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.