Tərtərdə avtomobil ağaca çırpılıb.
Heftelik.az xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.
1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ağaca çırpıb.
Nəticədə sürücü xəsarət alıb, sərnişinlər 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.