Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüş iyulun 21-də olacaq.
Heftelik.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişinyovda keçirilən beştərəfli görüşdən sonra bildirib.
O, görüşün Brüsseldə baş tutacağını qeyd edib.